XƏBƏR

Hər bir evdə ilkin tibbi yardım üçün “kiçik aptek” olmalıdır

date 16 Sentyabr 2020

Hər bir evdə ilkin tibbi yardım üçün “kiçik aptek” olmalıdır

Hər bir evdə “kiçik aptek” adlanan qutu və ya rəf olmalıdır. Əksər hallarda həmin qutuya müxtəlif xəstəliklərdən müalicə alandan sonra qalan preparatlar yığılır və lazım gələndə onların istifadə müddətinin bitdiyi aşkara çıxır.

e-tibb.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov deyib. 

Evdə saxlanılması zəruri olan dərman vasitələri barədə məlumat verən həkim bildirib ki, qutu və rəflərdə ilkin tibbi yardım üçün lazım olan sarğı materiallarının olmağı məsləhətdir: "İlk növbədə onların sırasına antiseptik məhlullar, qorxu, təşviş və həyəcan zamanı, eləcə də müxtəlif mənşəli sıxıntı ilə üzləşərkən istifadə edilən dərman preparatları aiddir”.

Həkim tövsiyə edib ki, dərmanları evdə uşaqların əlləri çatmayan yerdə saxlamaq, bəzilərini isə soyuducuya qoymaq lazımdır. Altı aydan bir onların saxlanma müddətini ötüb keçib-keçmədiyini də yoxlamaq lazımdır: “Dərman preparatlarının həkim təyinatı ilə olması daha düzgündür, çünki hər bir orqanizm fərqli olduğu üçün ona uyğun dərman preparatları olmalıdır. Bununla yanaşı evdə ilkin tibbi yardım üçün lazım olan dərmanlar mütləq olmalıdır”.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR