XƏBƏR

Onurğanı xəstəliklərdən qorumaq üçün bunlar vacibdir

date 17 Sentyabr 2020

Onurğanı xəstəliklərdən qorumaq üçün bunlar vacibdir

60 yaşdan yuxarı hər 100 adamdan 60-da onurğa deformasiyasına rast gəlir. Bu artımın qarşısını almaq üçün bəzi vərdişlərimizi dəyişməliyik. e-tibb.az xəbər verir ki, bunu həkim-neyrocərrah Vüqar Mirzəliyev açıqlayıb.

Mütəxəssis bildirib ki, onurğa sütunu bir-birinə qığırdaqla birləşən hissələrdən-fəqərələrdən təşkil olunub. Boyun fəqərələrində problem olarsa, insanın başında, boynunda, gözündə problemlər yaranır. Döş fəqərələrində baş verən dəyişikliklər ürəyin, qaraciyərin, bağırsaqların funksiyasının pozulmasına səbəb ola bilər. Bel fəqərələrinin zədələnməsi ayaqların fəaliyyətinə təsir göstərir.

Neyrocərrah vurğulayıb ki, ona görə də onurğa sütununu zədələnmələrdən qorumaq lazımdır: “Xüsusilə uşaq yaşlarında onun düzgün inkişafına nəzarət etmək vacibdir”.

V. Mirzəliyev onurğa ilə bağlı bir sıra tövsiyələr verib:

Formanıza diqqət edin. Artıq çəki onurğaya yükünü artırır və hərəkətlərin məhdudlaşmasına səbəb olur.
İntensiv idman edərək əzələlərinizi möhkəmləndirin.
Hərəkətsizlikdən uzaq durun. Hərəkətsizlik -əzələlərin gücsüz, onurğanın xəstə olmasına səbəb olur. Həyatınıza mümkün qədər çox hərəkət qatın.
Düzgün duruşa sahib olun. Sağlam onurğanın birinci qanunu, sağlam duruşa sahib olmaqdır.
Çalışın ağır çantalardan istifadə etməyəsiniz.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR