XƏBƏR

Koronavirusun profilaktikası, müayinə və müalicəsi ilə bağlı təlim keçiriləcək

date 13 Aprel 2020

Koronavirusun profilaktikası, müayinə və müalicəsi ilə bağlı təlim keçiriləcək

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və TƏBİB təşkilatçılığı, Uptodate İn Medicine təşkilati və texniki dəstəyi ilə "COVİD-19. İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə" dair təlim keçiriləcək.

e-tibb.az xəbər verir ki, təlimlər 15-16 aprel 2020-ci il tarixində baş tutacaq.

Təlimdə bu mövzular əhatə olunacaq:

- COVİD-19-a infeksion nəzarət və tibb müəssisəsinin hazırlığı
- Tibb işçiləri arasında kontakt, hava ve damcı yolu ilə yoluxmanın profilaktikası
- Fərdi qoruyucu vasitələr: geyinmə ve soyunma
- COVİD-19 zamanı radioloji müayinənin əsasları
- Asimptomatik COVİD-19 xəstələrinin menecmenti
- Yüngül simptomlu xəstələrin menecmenti
- Reanimasiya şöbəsində COVİD-19 olan ağır və çox ağır xəstələrin menecmenti: Türkiyə və ABŞ təcrübəsi
- Mexaniki ventilyasiya ve oksigenasiya
- Qan qazlarının interpretasiyası
- KRDS ve şokun menecmenti
-İntubasiyaya göstərişlər.
Çətin intubasiya.
-COVİD-19 dövründə ACLS və GÖY KOD

Təlim 10:00-dan 16:00-dək davam edəcəkdir.

Sertifikat online formatda olacaq.
Təlim ödənişsizdir.
İştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.

Təlim İSİM-də keçiriləcək, 10 nəfər üçün məhdudlaşdırılıb, digər bütün iştirakçılar təlimdə online qoşula biləcəklər.


 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR