XƏBƏR

Koronavirusa ən az həssas kimlərdir?

date 22 Dekabr 2020

Koronavirusa ən az həssas kimlərdir?

20-40 yaş arasında olan qadınlar koronavirus infeksiyasına ən az həssasdırlar.

e-tibb.az xəbər verir ki, belə bir açıqlama ilə Rusiyadan olan həkim-terapevt, tibb elmləri namizədi Andrey Kondraxin çıxış edib. Onun sözlərinə görə, çünki bu dövrdə onlarda estrogen hormonlar aktiv ifraz edilir. Bunun sayəsində qan qatılaşmır və damarlar elastik qalır.

Onun sözlərinə görə, göstərilən yaşda olan qadınlarda koronavirus infeksiyasını keçirmək daha asandır. Kişilərdə isə vəziyyət əksinə olur. Onların əsas hormonu testosterondur ki, o da qırmızı qan hüceyrələrini bir-birinə yapışdıraraq mənfi təsir göstərir. Koronavirusa yoluxduqda, vəziyyət daha da pisləşir, çünki patogen qanın qatılaşmasına  səbəb olur:
"Bu səbəbdən CODID-19-a yoluxan güclü cins nümayəndələrinin qan laxtalanma riski və xəstəliyin ağır gedişi daha yüksəkdir".
O, bu il qripə qarşı peyvənd edilmişlərdə  xəstəliyin  daha asan  keçrildiyini də vurğulayıb. Bu zaman yaranmiş  antikorlar koronavirus infeksiyasının inkişafını ləngidə bilir və xəstəlik yüngül formada keçir.

Gamaleya Mərkəzinin rəhbəri Aleksandr Ginzburg isə insanı koronavirusdan qoruya biləcək başqa bir amilin adını çəkib. Bu, sağlam həyat tərzi keçirənlərdə istehsal olunan interferon adlı bir zülaldır. Onun sözlərinə görə, bu, anadangəlmə immunitetn bir hissəsidir, ona görə ailədə yalnız bir nəfərin virusa yoluxması, digərlərində isə xəstəliyin olmaması kimi hallar var.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR