XƏBƏR

Yuxunu yaxşılaşdıran qidalar: Axşamlar nələri yemək olmaz?

date 22 Dekabr 2020

Yuxunu yaxşılaşdıran qidalar: Axşamlar nələri yemək olmaz?

Qidalanma yuxunun keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Bunu Rusiya mediasına psixologiya elmlər namizədi, dosent, somnoloq Aleksey Melexin bildirib. Somnoloq yaxşı yuxunu təşviq edən qidaları açıqlayıb, möhkəm yuxuya hansı məhsulların töhfə verdiyini izah edib.

Mütəxəssisin fikrincə, yatmazdan bir-iki saat əvvəl qidadan imtina etmək ən yaxşısıdır, ancaq qəlyanaltı qəbul etmək istəsəniz, karbohidratlı və kofeinli qidalardan qaçmaq lazımdır: “Yemək yalnız mədə-bağırsaq traktının deyil, həm də sinir sisteminin işidir. Hələ axşam yemək istəyirsənsə, bunlar stimullaşdırıcı təsiri olmayan məhsullar olmalıdır”.
A.Melexin, bir çox qidaların insana sakitləşdirici təsir göstərdiyini qeyd edib. Məsələn, triptofanla zəngin olan qidalar, xüsusilə yuxusuzluqdan əziyyət çəkən insanları sakitləşdirir və yuxunu yaxşılaşdırır. Bu məhsullar arasında qoz-fındıq, banan, pendir, paxlalı bitkilərin yanında mal, hinduşka, quzu əti də var.

Somnoloqlar əvvəllər yaxşı yuxu üçün axşamlar fiziki fəaliyyətdən, xəbərləri izləməkdən, gərgin söhbətlərdən imtina etməyi tövsiyyət ediblər. Bundan əlavə, həkimlər yataqda işləməyi məsləhət görmürlər. Hesab olunur ki, yataq- beyində yalnız yuxu və istirahət ilə assosiasiya olunmalıdır.

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR