XƏBƏR

Koronavirus peyvəndi nə zaman hazır olacaq?

date 27 May 2020

Koronavirus peyvəndi nə zaman hazır olacaq?

Koronavirus peyvəndi noyabr-dekabr aylarınadək hazır ola bilər. 

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutunun direktoru Antoni Fauçi “CNN”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi peyvəndin hazırlanması üçün yaxşı imkanlar var: “Düşünürəm ki, bizim yaxşı imkanımız var, əgər hər şey öz yerinə düşərsə, ilin sonunadək – noyabr-dekabr aylarınadək biz peyvəndi hazırlaya bilərik”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hazırda COVİD-19 virusu əleyhinə 10 peyvəndin klinik sınaqlarının həyata keçirildiyini açıqlayıb. 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR