XƏBƏR

Ən təsirli təbii ağrəkəsici: Dərmanı necə əvəz edir?

date 27 May 2020

Ən təsirli təbii ağrəkəsici: Dərmanı necə əvəz edir?

Bəzi ağrıları dərmansız da aradan qaldırmaq olur. Dərman olmayan xeyli sayda təbii ağrıkəsicinin olduğu bildirilir. Bu sırada ən təsirli təbii dərmanın isə istiot olduğu deyilir.

E-tibb.az xəbər verir ki, Rusiyadan olan həkim, Vinogradov Şəhər Klinik Xəstəxanasının ağrı müalicəsi mərkəzinin nevroloqu Pyotr Sokov bildirib ki, ağrını azaltmaq üçün ən yaxşı məhsul Çili bibəridir. Onun sözlərinə görə, Çili istiotu "yeməli ağrıkəsicilər” arasında liderdir. Belə ki, istiotun tərkibində olan kapsaisin adlı maddənin yaratdığı yanma hissi diqqəti ağrıdan yayındıra bilir. Həkim qeyd edib ki, qəhvə də baş ağrısını yüngülləşdirir, ancaq bu, aşağı qan təzyiqi səbəbindən yaranan baş ağrılarına aiddir.

Baş ağrısı üçün həmçinin konyak da istifadə edilə bilər. Mütəxəssisin sözlərinə görə, bu içki qan damarlarında olan gərginliyi aradan qaldırır və vəziyyəti müvəqqətidə olsa yüngülləşdirir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR