XƏBƏR

Bu şəxslərdə yoluxma, ağırlaşma, ölüm riski daha böyükdür

date 28 May 2020

Bu şəxslərdə yoluxma, ağırlaşma, ölüm riski daha böyükdür

Siqaret COVID-19 xəstəliyinin daha ağır formada inkişafına səbəb olur. Rusiyada bununla bağlı vətəndaşlara xəbərdarlıq olunub. 

E-tibb.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu ölkənin  İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsanların Rifahına Nəzarət Federal Agentliyinin (Роспотребнадзор) xəbərdarlığında bildirilir ki, siqaret çəkənlərdə COVID-19 çox vaxt ağır formada inkişaf edir. Siqaret ağciyər funksiyasını pisləşdirir və siqaret çəkən şəxsin orqanizmində yeni koronavirusun yaratdığı tənəffüs sistemi problemi ilə mübarizə daha çətin olur. Həmçinin, tütün istifadəçilərində virusun ağızdan-siqaret çəkərkən və ya digər tütün məhsullarından istifadə edərkən-yoluxma riski artır. Agentlik vətəndaşları sağlamlıqlarını tütün istifadəsinin ağır nəticələrindən qorumağa çağırıb.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Mariya Van Kerkxove də siqaretin koronavirusun ağır formada inkişafına səbəb olduğunu və xəstəlikdən ölüm riskini artırdığına dair xəbərdarlıq edib. Analoji xəbərdarlıq Rusiya Səhiyyə Nazirliyinin psixiatr-narkoloqu, professor Yevgeni Bryun tərəfindən də olunub.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR