XƏBƏR

Koronavirus infeksiyası ən çox harda toplanır? YENİ ARAŞDIRMA

date 27 May 2020

Koronavirus infeksiyası ən çox harda toplanır? YENİ ARAŞDIRMA

Yeni koronavirusun nəcis və sidik vasitəsilə də yayılmasına dair indiyə kimi fikirlər səslənib. Çində koronavirusun bu yolla yoluxması barədə tədqiqat aparılıb. 

E-tibb.az xəbər verir ki, çinli alimlər bu araşdırma ilə koronavirusun təkcə təmas və ya hava-damcı yolu ilə ötürülmədiyinin sübut olunduğunu bildirirlər. Bu barədə “Emerging Infectious Diseases” jurnalında dərc olunan məqalədə deyilir. Mütəxəssislər, COVİD-19 xəstələrinin tullantı məhsullarını araşdırdıqlarını və nəcis nümunələrində olan canlı SARS-CoV-2 viruslarının eyni xəstələrin burun-udlaq yaxmalarında olandan daha yüksək konsentrasiyada olduğunu bildiriblər.

Alimlərin fikrincə, bu nəticələr COVID-19-un nəcis-oral və ya nəcis-aerozol yolu ilə yoluxma ehtimalını təsdiqləyir. Tədqiqatçılar virusun bu yolla yoluxmasını nəzərdən keçirməyin vacibliyinə dair xəbərdarlıq edir və xatırladırlar ki, 2003-cü ildə Honkonqda SARS virusunun yayılmasına səbəb də məhz bu olub. O zaman yaşayış kompleksindəki kanalizasiya problemləri üzündən yüzlərlə insan virusa yoluxmuşdu.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR