XƏBƏR

Ginekoloqdan: "Bəzən qadınlar bu ağrının çarəsini yanlış yerlərdə axtarırlar, ən təhlükəli"...

date 27 May 2020

Ginekoloqdan: "Bəzən qadınlar bu ağrının çarəsini yanlış yerlərdə axtarırlar, ən təhlükəli"...

Qadınların bir çoxu ağrılı cinsi əlaqədən əziyyət çəkir. Tibbi deildə bu hal vaginizm adlandırılır. Məlumatlara görə, qadınların təxminən 4 faizi vaginizmdən əziyyət çəkir.  Bir çoxları ömür boyu bu problemlə yaşayır və ondan qurtulmaq barədə heç düşünmürlər. Bəs vaginimz hansı səbəblərdən yaranır? Ən çox klimlərdə bu problemə rast gəlinir?

Mama-ginekoloq Şölə Əkbərovanın E-tibb.az üçün hazırladığı məqalədə bu suallara cavab tapmaq olur:

Ağrısız cinsi əlaqə normal bir hal olduğu kimi, bir qisim qadınlar bu haldan kənarda qalırlar. Nəticədə, ilk toy gecəsindən etibarən, cütlüklərin münasibətini çətinləşdirən və bəzi hallarda yeni başlamış ailə həyatının bitməsinə belə səbəb olan-vaginizm kimi, tanıdığımız patologiya meydana çıxmış olur. Vaginizm tərifini, ilk dəfə, amerikalı ginekoloq Sims belə vermişdi: Vaginizm- cütlüklər arasında rast gəlinən, psixoloji olaraq münasibətlərə ağır təsir edən xəstəlik olmaqla yanaşı, eyni zamanda tamamilə sağalan və bir daha təkrarlanmayan bir xəstəlikdir.

Vaginizm, çanaq dibi əzələlərinin qeyri-iradi yığılması, uşaqlıq yolu girişinin qapanması nəticəsində cinsi əlaqənin mümkünsüzlüyüdür. Əlavə olaraq, həmin anda qadınların hiss etdiyi  və ya edə biləcəyi “dəhşətli ağrı” onlarda-təşviş, panika, isterik tutmalar, qıcolmalar və hətta bayılmalara səbəb olur.

Reallıq nədir? Vaginizmli qadınların bəhs etdiyi ağrı həqiqətən varmı?  Hər insanın ağrını qavrama səviyyəsi fərdi olsa da, əgər uşaqlıq yolunda anatomik maneə, yeni törəmə, iltihabi dəyişiklik yoxdursa-ağrı da olmamalıdır. Vaginizmdən əziyyət çəkən qadınların hiss  etdiyi o “dəhşətli, ölümcül” ağrı şüuraltıdır (subyektivdir). Bu hiss subyektiv olsa belə, ağrıya səbəb olan amillər vardır. Belə bir amil rolunu, uşaqlıq dövründə yaşanmış hər hansı bir psixoloji travma (ailə içində şiddət, cinsi istismar), aldığı tərbiyyə, əks cinsdən “qorxu”,  rəfiqələrindən və ya yaxınlarından “ilk gecə” ilə əlaqədar eşitdiyi təhrif olunmuş məqamlar, cinsi məlumatsızlıq, tanımadığı insanla ailə qurmaq və s. kimi səbəblər oynaya bilər. Vaginizmlə qarşılaşan bir çox cütlük problemin nə olduğunu başa düşə bilmir ki, bu da cütlüklər arasında tədricən  inamsızlıq, qarşısındakını günahlandırma, özünü günahlandırma, davranışlarında aqressiya kimi özünü büruzə verir.  Cütlüyün ilk toy gecəsi baş tutmayan “bərabərliyindən” xəbər tutan digər ailə üzvləri, valideynlər problemin həllini mollalarda, türkəçarələrdə axtarır. Ən təhlükəli məqam da elə bu an başlayır: mövcud vaginizm, daha da ağır mərhələyə keçir. Qadın, həm öz qorxularına, həm də ətrafının qınağına görə özünü günahlandırmağa başlayır.

Əgər, yeni ailə qurmuş və ya ailə qurmağa hazırlaşan bir xanım özündə belə bir qorxunun olduğunu hiss edirsə-vaginizimn müalicəsi ilə məşğul olan mütəxəssisə müraciət etməlidir. Aparılan söhbətlər, xüsusi fiziki və medikamentoz təsir, cərrahi müdaxilələrə ehtiyac qalmadan vaginizm sağalan və bir daha təkrarlanmayan bir xəstəlikdir.

Vaginizim taleyiniz deyil!

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR