XƏBƏR

İnfeksionist: "Əslində hər kəs qrip peyvəndi olunmaldır" - VİDEO

date 25 Sentyabr 2020

İnfeksionist: "Əslində hər kəs qrip peyvəndi olunmaldır" - VİDEO

Soyuq aylar-payız, qış fəsli mövsümi respirator virus infeksiyalarının ən çox baş qaldırdığı dövrdür. Bu viruslar arasında ən təhlükəlisi ümumi olaraq qrip, mövsümi qrip adlandırılan influenza virusudur. 

e-tibb.az xəbər verir ki, bunu həkim-infeksionist, TƏBİB-in mütəxəssisi Nəzrin Mustafayeva bildirib. Bu virusların qarşısını almaq üçün peyvəndlərin vacibliyi barədə danışan mütəxəssis Avropada əhalinin 50, ABŞ-da 60-70 faizə qədərinin qrip peyvəndi olunduqlarını bildirib. Onun sözlərinə görə, əslində hər bir kəs qrip peyvəndi olunmaldır. İnfeksionist qeyd edib ki, koronavirus pandemiyasının davam etdiyi dövrdə əlavə respirator infeksiyalar, xüsusilə də qrip-influenza virusu yayılsa, bu, xəstəliyin ağır gedişatına, daha çox ağırlaşma ehtimalının yaranmasına səbəb ola bilər.

Peyvəndlərin tərkibində civə və alüminium kimi ağır metalların olmasına dair iddialara münasibət bildirən həkim deyib ki, qrip peyvəndinin tərkibində bu metallar yoxdur...

Mütəxəssisin fikirləri ilə daha ətraflı videoda tanış olun:

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR