XƏBƏR

Plastik üz sipərləri koronavirusdan qorumur?

date 25 Sentyabr 2020

Plastik üz sipərləri koronavirusdan qorumur?

Koronavirusa (Covid-19) qarşı bir çoxlarının, bir sıra peşə sahiblərinin, o cümlədən həkimlərin istifadə etdiyi plastik üz sipərlərinin qoruyucu olmadığı açıqlanıb. e-tibb.az xəbər verir ki, bunu Yaponiyadan olan alimlər bildirib.

Yapon alimləri koronavirusa qarşı taxılan plastik üz sipərinin qoruyuculuğu ilə bağlı araşdırma aparıblar. Aparılan hesablamalarda havadakı 5 mikrometrdən kiçik damcıların demək olar ki, yüz faizinin də sipərlər olmasına baxmayaraq yayıldığı məlum olub. Alimlər 50 mikrometrdən daha böyük damcıların təxminən yarısının plastik üz sipərindən keçdiyini və onların virusu tamamilə təsirsiz hala gətirmədiyini deyiblər: “Təəssüf ki, onların faydası yoxdur”.

Araşdırma aparan qrupun rəhbəri Mato Tsubokura deyib ki, simulyasiyanın nəticələrinə əsasən, maskalarla müqayisədə üz qoruyucularının, infeksiyaya yoluxmuş bir şəxsin ağzından çıxan damcıların yayılmasının qarşısını almaq effekti məhduddur. Bu, xüsusilə 20 mikrometrdən kiçik damcılar üçün keçərlidir.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR