XƏBƏR

Prostat xərçəngi şübhəsi: 50 yaşdan sonra ildə bir dəfə müayinə tövsiyə olunur

date 25 Sentyabr 2020

Prostat xərçəngi şübhəsi: 50 yaşdan sonra ildə bir dəfə müayinə tövsiyə olunur

Prostat vəzi xərçəngi geniş yayılan xərçəng növlərindən sayılır. Son illərdə bu xəstəliyə rast gəlmə hallarının artdığı bildirilir. Məlumatlara görə, bu problemə daha çox 65 yaşdan sonra rast gəlinir. Yaş bu xəstəlikdə əsas risk faktoru hesab olunur. 45 yaşdan aşağı kişilərdə prostat xəsrçənginə nadir hallarda rast gəlindiyi bildirilir.

Xəstəliyin inkişafını hansı əlamətlərlə bilmək olar?

e-tibb.az uroloq-androloq, uzman həkim Ülviyyə Əliyevanın bununla bağlı fikirlərini təqdim edir:

Prostat vəzi xərcənginə aid özəl şikayətlər yoxdur. Ümumiyyətlə, eyni yaş qrupunda olduqları üçün xəstələrin şikayətləri prostat vəzinin böyüməsinə bənzəyir. Prostat xərçəngi əlamətləri prostat xərçəngi əksəriyyətlə bir tapıntı verməz, ancaq prostat xərçəngi şübhəsi yaradan bəzi əlamətlər ola bilər. Onlar hansılardır?

Prostat vəzində yumru və ya asimmetrik prostat

Sidiyə çıxma çətinliyi

Sidiyin başlanğıcı və ya durdurulmasından çətinlik

Xüsusən gecə sidiyə sıx çıxma

Sidik axışının zəif olması

Başlayıb dayanan sidik axını

Sidik əsnasında ağrı və ya yanma  ereksiya çətinliyi

Sidik və ya menide qan görülməsi

Hədəfimiz heç bir şikayət olmadığı zaman prostat vəzi xərcənginin diaqnozunu vaxtında qoya bilməkdir.

Amerika Urologiya Assosasiyasının qərarına görə, 50 yaşdan sonra hər kişi ildə bir dəfə, ailəsindən prostat vəzi xərcəngi olanlar isə 40 yaşından ildə bir dəfə yoxlanılmalıdır. Diaqnozu təsdiqləmək üçün 4 metotdan istifadə olunmalıdır:

1. Barmaqla prostatın müayinəsi

2. Qanda PSA analizi

3. Prostatın Ultrasəs müayinəsi

4. Ultrasəs müayinəsi altında prostat biopsiyası

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR