XƏBƏR

İnfarktdan qabaqcadan necə xəbər tutmaq olar?

date 14 Sentyabr 2020

İnfarktdan qabaqcadan necə xəbər tutmaq olar?

Əhali arasında ən geniş yayılan problemlərdən biri də ürək infarktıdır. Qəfləti ölümlərə səbəb olduğuna görə, bu, çox təhlükəli bir hal sayılır. Amma mütəxəssislər infarkt öncəsi bir sıra əlamətlərə görə, ölümlərin, ciddi fəsadların qarşısını almağı mümkün sayırlar.   

Yaxınlaşan infarktın ümumiyyətlə, nəfəs darlığı, sinə ağrısı və güclü narahatlıq hissi ilə özünü büruzə verdiyi bildirilir. e-tibb.az xəbər verir ki, son araşdırmalara görə, kardioloqlar yaxınlaşan infarktın dəri simptomunun da olduğunu açıqlayıblar. Bildirilir ki, dəridə “Osler düyünləri” deyilən görüntü- dərialtı toxuma və ya dəridə qırmızımtıl izlərin olması təhlükəli bir vəziyyətə işarə ola bilər. Kardioloqlar ən çox ovuc  və barmaqlarda yerləşən noxud boyda olan törəmələrin təhlükəsi barədə xəbərdarlıq ediblər.   
Qeyd olunub ki, düyünlərin əmələ gəlməsi müstəqil bir dəri xəstəliyi deyil, uzunmüddətli infeksion endokarditin (ürəyin daxili qişasının iltihabı-red.) əlamətidir. Florida Dermatoloji və Dəri Xərçəngi Mərkəzinin mütəxəssislərinin bildirdiyinə görə, bu, ürək-damar xəstəlikləri ilə əlaqəli təhlükəli vəziyyətlərin yaranma riskini artırır.
Mütəxəssislər bildirir ki, məhz “Osler düyünləri”nə görə, ürək problemlərinə tez-tez dermatoloq qəbulunda diaqnoz qoyulur.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR