XƏBƏR

Siqaret, elektron siqaret, qəlyan çəkənlərə XƏBƏRDARLIQ: Xəstəliyi daha ağır keçirirlər

date 14 Sentyabr 2020

Siqaret, elektron siqaret, qəlyan çəkənlərə XƏBƏRDARLIQ: Xəstəliyi daha ağır keçirirlər

Tütün istifadəsi koronavirusdan ağırlaşma riskini 1,5 dəfə artırır.

e-tibb.az xəbər verir ki, Ümudünya Xərçəngə Nəzarət Cəmiyyətinin keçmiş rəhbəri, professor Tezer Kutluq Türkiyə mətbuatına bildirib ki, aparılan çoxsaylı araşdırmalar COVID-19-a yoluxanlarda xəstəliyin daha ağır inkişafı ilə siqaret istifadəsi arasında bağlılıq olduğunu ortaya qoyub.

Qeyd olunub ki, ümumiyyətlə, tütün istifadəsi infeksiyanın yaranması üçün risk faktoru olaraq qəbul edilir. Professorun sözlərinə görə, COVID-19-a yoluxma hallarında tütün istifadə edənlərdə ağırlaşmalar etməyənlərlə müqayisədə 1,5 dəfədən artıqdır. Tütün istifadə edənlərdə koronavirusa yoluxma riski daha yüksəkdir. Mütəxəssis qeyd edib ki, tütünlə bağlı yaranan xroniki xəstəlikləri olanlar da covid-19-u daha ağır keçirir. O, tütün istifadəçilərini bu vərdişdən dərhal imtina etməyə çağırıb.

Tütün istifadəsinin hər forması-siqaret, elektron siqaret, qəlyan- heç bir fərq olmadan sağlamlıq baxımından böyük risk daşıyır: “Pandemiya dövründə tütün istifadəsi dərhal dayandırılmalıdır. Tütün istifdəsi ağciyər tutumunun azalmasına səbəb olur. Bu səbəbdən ağciyərlərə təsir edən koronavirus, xəstəliyin şiddətini və ölüm riskini artırır. Hər kəs vaxt varkən tütün istifadəsini dıərhal dayandırmalıdır”.

Qeyd olunub ki, dünyada 1,3 milyard tütün istifadəçisi var və hər il 8 milyondan çox insan tütün səbəbindən həyatını itirir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR