XƏBƏR

Uşaqlarda ishal: Nələri etmək olmaz?

date 16 Sentyabr 2020

Uşaqlarda ishal: Nələri etmək olmaz?

İshal uşaqlarda ən çox rast gəlinən və daha çox narahatlıq doğuran hallardan biri sayılır. Əsasən mədə-bağırsaq pozulmaları nəticəsində yaranan ishala yay aylarında daha çox təsadüf olunur. İshal baş verən kimi adətən valideynlər təlaşa düşür. Təlaşa gərək varmı? Azyaşlılarda ishal olarsa nə etmək lazımdır?

e-tibb.az bununla bağlı pediatr, uzman həkim Ülvi Əliyevin məqaləsini təqdim edir:   

"Qarnı pozulub", "su kimi gedir", "ayağı gedir" kəlmələri çox eşidirik, xüsusilə ilin isti aylarında. İshal dedikdə adamlar nəcisin duru olmasını nəzərdə tuturlar. Ancaq heç də belə deyil. İshal nəcisin həcmi, qatılığı və sayının normaya görə dəyişməsidir.
Səbəbləri saymaqla qurtaran deyil- vitamin azlığından-immun çatışmazlığa, allergiyadan-endokrin xəstəliklərə, genetik xəstəliklərdən-anatomik defektlərə, mədəaltı vəzi xəstəliklərindən-bağırsaq infeksiyalarına, lyambliadan-adenovirusa qədər.
Hətta dövrümüzün qorxulu kabusu koronavirus belə, müəyyən hallarda ishalla müşaiyət olunur. Kiçik uşaqlarda qusma ilə yanaşı olan ishallar çoxlu su itkisi nəticəsində ağır dehidratasiyaya səbəb ola bilər. Ona görə də belə hallarda böyüklər üçün olan imodium, smekta, levomisetin, tetrasiklin, noşpa kimi vasitələrin özbaşına istifadəsi ziyanlı nəticələrə səbəb ola bilər. Dərman bitkiləri və qarışıqları ilə imalə etmək olmaz. Uşağa “qusması var" deyə heç bir şey verməyib ac saxlamaq, bağırsaq peristaltikasını artıran yeməklər verilməsi də bu qəbildəndir. İki gün uşaqda sulu nəcis görən kimi laboratoriyalara "nəcisi əkdirməyə"aparıb, özünüzü izafi xərcə salmayın.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR