XƏBƏR

Hamiləlikdə bunları yemək təhlükəlidir – Ginekoloqdan XƏBƏRDARLIQ

date 22 Mart 2019

Hamiləlikdə bunları yemək təhlükəlidir – Ginekoloqdan XƏBƏRDARLIQ

Hamiləlik qadın və bətnindəki uşaq üçün olduqca məsuliyyətli dövrdür. Bu dövrdə xanımlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Bir çox xanımlar 9 ay müddətində daha çox meyvə yeməyə çalışır. Halbuki elə meyvələr var ki, onları yemək məqbul sayılmır. Bəs bunlar hansı meyvələrdir? E-tibb.az bununıa bağlı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məsləhətlərini diqqətinizə çatdırır.

Həkim bəzi qida maddələrinin faydası və zərəri haqqında məlumat verərək deyib ki, hamilələr hər yediyinə xüsusi diqqət yetirməlidir: "Hamiləlik immun sisteminə təsir göstərir, sizin və körpənizin qidalanma ilə bağlı xəstəliklərə səbəb olan bakteriya və viruslara daha çox həssas olmasına səbəb olur. Hamiləlik dövründə qaçınılması lazım olan meyvələr var. Əgər siz hamiləsinizsə və ya hamiləlik planlaşdırırsınızsa, yetişməmiş papayadan istifadə etməyin. Yetişməmiş papayanın tərkibində uşaqlıq yığılmalarına səbəb olan lateks maddə var. Həmçinin də ananasdan qaçın. Çünki hamiləlikdə ananas yemək məsləhət deyil. Ona görə də ananasdan qaçınmaq lazımdır. Ananas uşaqlıq boynunun yumşalmasına səbəb olan bromelanla zəngindir. İlk trimesterdə uşaqlıq boynunun yumşalması təhlükəsinə görə istifadə olunmamalıdır”.

T. Canbaxışov bildirir ki, bəzi mütəxəssislər hamiləlik dövründə üzümdən istifadəni də məsləhət görmür: "Bir çox ekspertlər bunu üzümün üzərinə böcəklər yeməməsi üçün kimyəvi maddənin vurulması ilə izah edirlər. Hamilə qadın üçün bu kimyəvi maddə toksikdir. Hamilə qadınlar yuyulmamış və pasterizə olunmamış meyvələrdən istifadə etməməlidir. Hamiləlik zamanı qida gigiyenası toksoplazma infeksiyasından qorunmağa kömək olur. Bundan qorunmağın bir neçə yolu var. Meyvə və tərəvəzləri yeməzdən və ya hazırlamazdan əvvəl yaxşı yuyun, xüsusilə Cantaloupe, yemiş kimi meyvələri. Balaca meyvə fırçası ilə meyvənin səthindəki çirki təmizləyin. Meyvələrdə bakteriyaların inkişaf edə biləcəyi zədələnmiş sahələri kəsib atın”.  

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR