XƏBƏR

Yaz qripini sağaldan şəfalı ÇAY

date 22 Mart 2019

Yaz qripini sağaldan şəfalı ÇAY

Mövsüm keçidlərində, hava dəyişəndə orqanizmdə baş verən dəyişikliklər immunitet sisteminin zəifləməsinə səbəb olur. Ona görə də havaların isinməsinə baxmayaraq, çoxları daha tez-tez xəstələnir. Yazda xəstəlikdən asanlıqla qurtulmaq istəyirsinizsə, bu şəfalı çayı sınamalısınız. Cəmi 4 ərzaqla hazırlanan bu çay xəstəliyə səbəb olan virusları yox edəcək. Zərdəçal suyu, bal və limon suyu immuniteti artıracaq, iltihabı, soyuqdəyməni də aradan qaldıracaq.

Lazım olan ərzaqlar:

1 yemək qaşığı zərdəçal suyu

1 desert qaşığı bal

Yarım limonun suyu

1 stəkan isti su

Hazırlanması:

Suyu qaynadın. Balı limon və zərdəçal suyunda əridin. Daha sonra suyu əlavə edin. 5 dəqiqə bir-birinə qarışmasını gözləyin və soyumadan için.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR