XƏBƏR

Allergiyaya qarşı faydalı bitki və meyvələr - SİYAHI

date 22 Mart 2019

Allergiyaya qarşı faydalı bitki və meyvələr - SİYAHI

Yazın gəlməsi ilə allergiyalı şəxslərin narahatlıqları da artmağa başlayır. Asqırma, burun axma, gözlərdə sulanma, qaşınma və qızartı, nəfəs darlığı kimi problemlər baharın gözəlliyindən zövq almağa belə, imkan vermir. Mart ayında başlayan bu durum yaya kimi davam edir. Təbii ki, ilk olaraq həkimə müraciət edib, müalicəni axsatmamaq lazımdır. Ancaq bəzi bitki və meyvələrlə allergiyanın əlamətlərini azaltmaq da olar. E-tibb.az onları təqdim edir.

Evkalipt

Bu bitki ilə allergiyanı sakitləşdirəcək qarqara hazırlaya bilərsiniz. Sinusit və bronxit zamanı da təsirli olan evkaliptlə hazırlanan qarqara allergik xəstəliklərə də kömək edir. Yarım litr suyun içinə 2 çay qaşığı dəniz duzu və xırda doğranmış evkalipt əlavə edərək, qarışdırın və qarqara kimi istifadə edin.

Gicitkən  

Antibiotik xüsusiyyətinə malik olan gicitkəni yemək, yaxud çay şəklində qəbul edə bilərsiniz. Yarım litr qaynar suyun içinə bir çay qaşığı qurudulmuş gicitkən otu atın və 10 dəqiqə dəmlədin.

Biyan kökü 

Qrip və allergik infeksiyalarda olduqca faydalıdır. Biyan kökündən hazırlanan çay sizə güc verən eliksir kimi təsir edəcək. Bu çayla yaz allergiyasını minimum endirmək mümkündür. Bir dəmlik çaydanın suyunu qaynadın. Üzərinə 1 çay qaşığı rəndələnmiş biyan kökü tökün. 8 dəqiqə dəm alandan sonra içə bilərsiniz.

Çobanyastığı çayı

Çobanyastığı qrip və mədə ağrılarına qarşı faydalı bitkidir. Bununla yanaşı çiçək allergiyasını yaxşılaşdırmaqda da müsbət təsiri var. Orqanizmdəki mikroorqanizmləri gücləndirərək immuniteti də artıran bu şəfalı bitkidən çay kimi istifadə etmək olar. Bir stəkanın içinə 1-2 çay qaşığı çobanyastığı atın və üzərinə qaynar su tökün. 5 dəqiqə dəmlədib gün boyu içə bilərsiniz.

Çiyələk 

Yaz və yayın sevimli meyvəsi olan çiyələyi allergiyanın düşməni hesab edirlər. Tərkibindəki zəngin C vitamin sayəsində immunitet sistemini gücləndirir və allergiyaya sanki “savaş açır”. Ancaq məhz çiyələyə qarşı allergiyası olanlar yeməməldir.

Ananas 

C vitamini anbarı sayılan ananas, tərkibindəki enzimlər və proteinler sayəsində həzmə yaxşı təsir edir və metabolizmanı sürtləndirir. Üstəlik, allergik durumlarda da olduqca effektlidir. 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR