XƏBƏR

Dəridə quruluq: Bunlara DİQQƏT edin

date 9 Aprel 2019

Dəridə quruluq: Bunlara DİQQƏT edin

Quru dəri qırışların yaranması, tez yaşlanma baxımından daha həssas dəri tipi sayılır.

Dərinin quru olması orqanizmdə hər hansı problemin göstəricisi də ola bilər.

Dəridə quruluq hansı səbəblərdən yaranır?

Çox duz qəbulu

Çox duz qəbulu orqanizmdə olan maye tarazlığını pozur və daxildən başlayaraq quruma yaradır.

Az su içmək

Dəri quruluğuna səbəb olan əsas amillərdən biri az su içmək sayılır. Dəri qurudursa, ilk olaraq acqarına və yeməklər arasında gündə ümumilikdə 2 litr su içmək lazımdır. Bununla dəridə olan quruluq probleminin əksər hallarda aradan qaldırmaq mümkündür.

Qalxanabənzər vəzinin problemləri

Tiroid vəzi normal çalışmırsa, onun əlamətlərindən biri də dəri quruluğudur.

Belə bir problemi olan insanlar dərilərini nə qədər nəmləndirməyə çalışsalar da, faydası olmur. Ona görə də tiroid funksiyalarının qaydasına salınması vacibdir.

Qidalanmada yağlardan az istifadə

Yağlar dərinin sağlam, nəm, təravətli görünüşünün olmasında rol oynayır. Təbii ki, söhbət təbii yağlardan gedir. Bu mənada zeytun yağı, Hindistan qozu, fındıq, avokado, balıq yağları vurğulanır.

Ağciyərdə olan problem

Dərinin nəm olmasında ağciyərin böyük rolu var. Ağciyərlərdə olan problemlər, tənəffüs sisteminin normal çalışmaması dəridə quruluq yarada bilər. Dərinin normal nəfəs alması üçün təmiz havaya çıxmaq çox önəmlidir.

C vitamini çatışmazlığı

Nəm və qırışsız dərinizin olmasını istəyirsinizsə, mütləq C vitamini ilə zəngin olan qidaları qəbul edin.

 

E-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR