XƏBƏR

Fol turşusu: hansı məhsullardan əldə etməli?

date 8 Aprel 2019

Fol turşusu: hansı məhsullardan əldə etməli?

Fol turşusu (B9 vitamini) bütün gələcək analara təyin edilir. Bu mühüm element, mayalanma prosesində və uşağın inkişaf və daşınmasında mühüm rol oynayır.

E-tibb.az-ın xəbərinə görə, bunu mama-ginekoloq Samirə Hüseynova açıqlayıb. Mütəxəssis bildirib ki, bu vitamin hamiləliyin ən erkən mərhələsindən çox vacibdir, çünki məhz bu zaman embrionun bütün daxili orqanlarının və sinir sisteminin strukturunun formalaşması prosesi gedir.

Həkim fol turşusunun aşağıdakı faydalarını sadalayıb:

- Yeni hüceyrələrin yaradılmasında iştirak edir;

- DNK və RNK sintezinə təsir göstərir;

- Qanyaranma proseslərində iştirak edir;

- İmmun sistemini dəstəkləyir;

- Bədxassəli törəmələrin inkişafına maneə olur;

- Sümük iliyinin işini aktivləşdirir;

- Amin turşularının, zülal və faydalı mikroelementlərin mənimsənilməsini təmin edir;

B9 vitamini hansı məhsullarda mövcuddur?

Ət (qaraciyər), balıq;

Göyərti (ispanaq, soğan, cəfəri, kahı, şüyüd);

Yarma (qarabaşaq, yulaf);

Meyvə (şaftalı, ərik, sitrus meyvələri), qoz;

Tərəvəz (çuğundur, kartof, xiyar, balqabaq);

Giləmeyvələr (xüsusilə çiyələk);

Süd məhsulları (kəsmik, pendir)

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR