XƏBƏR

Bu problem çənə sümüyünün sınmasına da səbəb olur - VİDEO

date 11 Mart 2020

Bu problem çənə sümüyünün sınmasına da səbəb olur - VİDEO

Bu gün çənə kistalarına çox rast gəlinir. Bəzən çənə kistaları çənə sümüyünün nazilməsinə, hətta sınmasına səbəb olur.

e-tibb.az xəbər verir ki, bunu APA TV-nin “Öncə sağlıq” proqramında Azərbaycan Tibb Universitetinin (ATU) Üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, ATU Tədris Cərrahiyyə Klinikasının Ağız,üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Fərman Həsənov deyib. Onun sözlərinə görə, buna baxmayaraq kistalar heç bir əlamət verməyə bilir.

Həkim vurğulayıb ki, digər orqanlar kimi əslində çənə sümüklərinin də chek-up müayinəsinə ehtiyac var. F. Həsənov bu gün demək olar ki, bütün klinikalarda çənə sümüklərinin, çənə kistalarının dəqiq müayinəsinin aparıldığını vurğulayıb. Vaxtında müraciət edəndə kistaları asanlıqla götürmək, bəzi kistaları isə diş-kanal müalicəsi ilə aradan qaldırmaq mümkün olur.

Kistalar hansı səbəblərdən yaranır? Çənə kistaları xərçəngə səbəb ola bilərmi? Dişləri, çənə sümüklərini möhkəmləndirmək üçün nə etmək lazımdır?

Mütəxəssis, bu və bir çox başaqa sualları cavablandırıb.

Həkimin fikirləri ilə ətraflı vieoda tanış ola bilərsiniz.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR