XƏBƏR

Koronavirusu PANDEMİYA elan olunub

date 12 Mart 2020

Koronavirusu PANDEMİYA elan olunub

Ümumdünya Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

e-tibb.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adanom Gebreyesus bununla bağlı yaydığı açıqlamada bildirib ki, qarşıdakı günlər və həftələrdə koronavirus xəstəliyinə (COVID-19) yoluxma hallarının, ölümlərin və virusun yayılacağı ölkələrin sayının artacağı gözlənilir. ÜST bu epidemiya üzərində davamlı olaraq qiymətləndirmələr aparır: "Biz virusun həyəcan doğuracaq səviyyədə yayılma və ağırlıq dərəcəsindən, o cümlədən həyəcan doğuracaq səviyyədə fəaliyyətsizlikdən çox narahatıq. Bu səbəbdən COVID-19-un pandemiya kimi xarakterizə oluna biləcəyi qənaətinə gəldik”.

Qeydə edək ki, Çin Milli Səhiyyə Komissiyasının məlumatına görə, ölkədə 80 778 nəfərdə xəstəliyin təsdiqlənmiş halı qeydə alınıb. ÇXR-də bir gün ərzində 24 nəfərdə koronavirus aşkar edilib. Bütün dünyada yoluxmuşların sayı 118 271 nəfərdir.

ÜST-ün məlumatına görə, Çindən kənarda 32 778 nəfərdə virus aşkarlanıb və sutka ərzində 4105 yeni yoluxma qeydə alınıb. 109 ölkədə (son gündə yeni beş ərazidə) virus aşkar edilib. Çindən kənarda, koronavirusdan 872 (üstəgəl, bir gün ərzində 186 nəfər) ölüm faktı qeydə alınıb.  Bütün dünyada koronavirus infeksiyasından sağalanların sayı 65,8 min, ölənlərin sayı 4360 nəfər nəfərdir.

Dünya üzrə koronavirusdan ölüm halları 3,4 faiz təşkil edir. Müqayisə üçün bildirilir ki, adi qripə yoluxanların 1 faizi həyatını itirir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR