XƏBƏR

Başınız tez-tez qaşınırsa, bunları edin – TƏBİİ VASİTƏLƏR

date 15 Fevral 2019

Başınız tez-tez qaşınırsa, bunları edin – TƏBİİ VASİTƏLƏR

Saç dərisinin qaşınması hamımız üçün adi haldır. Lakin gündəlik həyatda tez-tez qarşılaşdığımız qaşıntı bəzən bizi daha çox narahat edə və saç dərimizə zərər verə bilir. Saç dərisində qaşıntı, qızartı və tökülmə kimi problemlər uzun müddət davam edərsə, mütəxəssisə müraciət etmək məsləhətdir. Çünki bunun səbəbi göbələk, bit, yaxud başqa problemlə əlaqədar ola bilər. Adətən qeyri-sağlam qidalanma, saça düzgün olmayan qulluq, stress və tərləmə saç qaşıntısının əsas səbəbləri arasında yer alır. Bəs bu qaşıntını necə aradan qaldırmaq olar? E-tibb.az saç dərisində qaşıntı və qızartını aradan qaldıran, evdə asanlıqla həyata keçirə biləcəyiniz üsulları təqdim edir.

Karbonat (soda) 

Karbonat yüksək alkali tərkibi sayəsində saç dərisinin Ph səviyyəsini tənzimləyib, başdakı qaşıntını aparır. 1 yemək qaşığı karbonata bir az su əlavə edib qarışdırın və məcun halına gətirin. Saç diblərinə sürtüb, 10 dəqiqə saxlayın, sonra saçınızı şampunla yuyub durulayın. 

Alma sirkəsi

Alma sirkəsi saç dərisi qaşıntısı üçün olduqça təsirli vasitədir. Bakteriya, göbələk və kəpəyin qarşısını alar, saça qulluq edər. 5 yemək qaşığı su ilə 1 desert qaşığı sirkəni qarışdırın. Saçınızı şampunlayıb yuyun, ardınca başınıza bu sirkəli suyu sürtün. 5-10 dəqiqə saxlayandan sonra yaxşıca durulayın.

Çay ağacı yağı

Çay ağacı yağı göbələk əleyhinə və iltihab əleyhinə xüsusiyyətləri ilə baş dərisi qaşıntısından qurtulmağa yardım edir. 1 stəkan uşaq şampununun içinə 10-20 damcı çay ağacı yağı tökün. Saçınızı yumaq istəyəndə bu şampundan istifadə edin.

Limon suyu

Limon suyu antiseptik xüsusiyyətləri sayəsində qaşıntını aradan qaldırmaq üçün təsirli vasitədir. 5 xörək qaşığı suyun üzərinə 1 desert qaşığı limon suyu tökün. Saç dərinizə masajla tətbiq edin, 5-10 dəqiqə saxlayandan sonra başınızı yuyun.

Hindistan qozu yağı

Təbii Hindistan qozu yağını isidin və ilıq şəkildə saç dərinizi masaj edin. 1 saat saxlayandan sonra saçlarınızı yuyun. 

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR