XƏBƏR

Artıq çəkidən qurtulmaq üçün vacib şərtlər: Metabolizm prosesini sürətləndirməyin 5 YOLU

date 22 Noyabr 2020

Artıq çəkidən qurtulmaq üçün vacib şərtlər: Metabolizm prosesini sürətləndirməyin 5 YOLU

Orqanizmdə baş verən bütün proseslər, xəstəliklər, eləcə də piylənmə, artıq çəkinin yaranması maddələr mübadiləsinin pozulması nəticəsində ortaya çıxır. Maddələr mübadiləsinin, metabolizm prosesinin normal getməməsi nəticəsində ortaya çıxan ən böyük problemlərdən biri də piylənmədir. Artıq çəkidən, piylənmədən qurtulmaq üçün maddələr mübadiləsini normal olması vacib şərtdir. 

e-tibb.az xəbər verir ki, dietoloqlar hər hansı bir pəhrizin müvəffəqiyyətinin metabolizmi necə sürətləndirə  biləcəyindən asılı olduğunu bildirirlər. Mütəxəssislər, insanın hansı pəhriz saxladığının həqiqətən əhəmiyyətli olmadığını açıqlayıblar. Əhəmiyyətli olan odur ki, düzgün qidalar qəbul etmədən arıqlamaq mümkün deyildir.
Beləliklə,
hesab olunur ki, metabolik nisbət (BMR) yaşdan və həyat tərzindən asılıdır, lakin ümumiyyətlə, gündə ortalama yandırılan bütün kalorilərin 40-70% -ni təşkil edir. 40 yaşdan yuxarı insanlar BMR-nin azalması səbəbindən əzələ kütlələrini itirir və kökəlirlər.
Metabolizmanı eyni səviyyədə saxlamaq üçün dietoloqlar bunlarl tövsiyə edirlər:
- Hər yeməkdə zülal  qəbul edin, bu, metabolizmanı 15-30% -ə qədər sürətləndirir;
- Heç bir halda qidaya qənaət etməyin və ac qalmayın və qəbul olunan qida  gündə minimum 1200 kalori təşkil etsin;
- İş və istirahət rejiminə riayət edin və kifayət qədər yatın, çünki yuxu çatışmazlığı aclıq hormonlarını artırır  (leptin və qrelin), bu da insanın həddindən artıq qidalanmasına və daha çox kalorili qidalar qəbul etməsinə səbəb olur;
- 14 saatdan çox ac qalmaq metabolizm sürətini  azaldır, bədənin enerji qənaət rejiminə keçməyə sövq edir, ancaq 6-12 saat ac qalmaq isə  metabolizmin sürətini  14 % artırır;
- Daha çox soyuq su içmək lazımdır, çünki bu, maddələr mübadiləsini artırır və bədənin yağ yandırma qabiliyyətini artırır
.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR