XƏBƏR

Mütəxəssis: Yaşlı insanlar zərurət olmadıqda yaşayış yerlərini tərk etməməlidir

date 22 Noyabr 2020

Mütəxəssis: Yaşlı insanlar zərurət olmadıqda yaşayış yerlərini tərk etməməlidir

“Bütün insanları COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda evdən çıxmamağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırıram”.

e-tibb.az xəbər verir ki, bunu terapevt, Mərkəzi Gömrük Hospitalının həkimi Nazilə Xəlilbəyova bildirib. 

Mütəxəssis hazırda Azərbaycanda da bütün dünyada olduğu kimi COVİD-19 infeksiyası yenidən kəskin yayıldığını xatırladarq bildirib ki, məlum qaydalara əməl etməklə COVİD-19 virusuna yoluxmanın qarşısını maksimum dərəcədə azaltmaq mümkündür: “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi yeni karantin qaydalarına görə, 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir. İnsanlar özlərinin və ətrafdakıların sağlamlığına səhlənkarcasına yanaşır, çox təhlükəli virusdan qorunmaq üçün məlum qaydalara ciddi əməl etmirlər. Ona görə də, müvafiq yerlərdə: açıq havada, qapalı yerlərdə tibbi maskadan istifadə olunmaması və ya düzgün taxılmamasna görə cərimələr tətbiq olunacaq. Həftə sonları – şənbə və bazar günləri ictimai nəqliyyatın işləməyəcəyini nəzərə alaraq, evdə oturmaq məsləhətdir.

Həkim qeyd edib ki, yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslər koronavirusa yoluxduqda, xəstəliyi ağır keçirir, müxtəlif ağırlaşmalar olur. Buna görə də, yaşlı insanlara zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur: “Bütün insanları COVİD-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət yoxdursa, evdən çıxmamağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırıram”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR