XƏBƏR

Araq müalicə də edir?

date 9 Sentyabr 2019

Araq müalicə də edir?

Spirtli içkilər, konkret olaraq araq heç də hər zaman ziyanlı sayılmır. Bəzi hallarda onların faydalı olmasına dair yanaşmalar da var. Bu dəfə arağın osteoxondroz zamanı faydalı olması barədə məlumat yayılıb.

Medikforum portalının bildirdiyinə görə, həkimlər hesab edir ki, bu halda arağın ənənəvi istifadəsindən yox, osteoxondrozun kəskinləşməsi zamanı ondan kompres hazırlamaqdan söhbət gedir. Spirt-araq hər zaman bilindiyi kimi təkcə şişkinliyi aradan qaldırmır, onunla yanaşı osteoxondroz olan bölgəni, məsələn, ağrılı beli isidir.

 Arağa bal əlavə olunarsa, müalicəvi təsiri daha çox olar.

 O da qeyd olunur ki, osteoxondroz xəstələri arağı daxilə qəbul edərsə, xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR