XƏBƏR

Daha bir ürək “çap olunub”

date 10 Sentyabr 2019

Daha bir ürək “çap olunub”

Çikaqonun “BIOLIFE4D” biotexnologiya şirkəti miniatür insan ürəyi “çap edib”. e-tibb.az-ın xəbərinə görə, “çap olunan” ürəyin ölçüləri və strukturu insan ürəyi ilə eynidir.

Şirkət nümayəndələrinin qənaətinə görə, bu, orqan transplantasiyası üçün yararlı olan süni ürəyin yaradılması istiqamətində əhəmiyyətli addımdır.

Xəstədən alınan ürək əzələ hüceyrələrindən və məməlilərin ürəyinin xüsusiyyətlərini əks etdirən ekstrasellüler matrisin birləşmələrindən hazırlanmış bioplastiklərin köməyi ilə çap olunub. Bu ilin əvvəlində şirkət ürəyin ayrı-ayrı hissələrini, o cümlədən klapanları, qan damarlarını bioçap edib.

Gələcəkdə şirkət tam işləyən insan ürəyini "çap etməyə" ümid edir. Nəzəri cəhətdən bu texnologiya donor orqanlarına olan ehtiyacı aradan qaldıra bilər. 

Qeyd edək ki, bundan əvvəl İsrail alimləri dünyada ilk dəfə olaraq insan toxumasından hazırlanan ürəyi 3d formatında "çap ediblər".

Bu ilin aprel ayında İsrailin Təl-Əviv Universitetinin laboratoriya rəhbəri, professor Tal Dvir xəstədən götürülən toxumalardan hazırlanan süni ürəyi 3d printerdən istifadə edərək "çap etməyə" nail olub. Printerin ürəyi "çap etməsi"nə 3 saat yarım vaxt sərf olunub. Ürək təxminən 2,5 santimetr, dovşan ürəyi boyda olub.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR