XƏBƏR

Su ilə bağlı nələri yanlış bilirik?

date 10 Sentyabr 2019

Su ilə bağlı nələri yanlış bilirik?

İçməli su insan sağlamlığının vacib bir hissəsidir. Alimlər zəruri maye ilə əlaqəli olan ümumi yanlış fikirləri rədd edirlər.

e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər su ilə bağlı bildiyimiz 10 yanlışın olduğunu bildiriblər. Onlar hansılardır?

1. Yemək içərkən su içmək düzgün deyil. Bunun heç bir əsası yoxdur, çünki yemək yeyərkən su içmək həzm prosesinə heç bir şəkildə təsir etmir.

2. Qablaşdırılan su təhlükəlidir. Bəzi insanlar plastik qablarda olan hissəciklərin maye ilə yanaşı bədənə daxil olduğuna inanırlar. Ancaq bu, yalnız sanitariya, istehsal standartlarına uyğun gəlməyən qablaşdırma zamanı mümkün ola bilər.

3. Krant suyu təhlükəlidir. İçməli su ehtiyatları çox olduğu üçün buna görə narahat olmağa dəyməz. Bir qayda olaraq, bütün zəruri təmizləmə proseslərindən keçən suyu içmək ziyanlı deyil.

4. Qazlı su öldürücüdür. Bəli, enerjili və ya şirin su olduqda sağlamlıq üçün ziyanlıdır. Burada problem suyun qazlı olmasında deyil, digər komponentlərdə - kofein, şəkər, boyalar və kimyəvi maddələrdədir. Qazlı mineral su sizə zərər verməyəcək, əksinə artıq çəkidən azad olmaq üçün faydalı ola bilər.

5. Təbii su ən faydalıdır. Bir çox hallarda bu yanaşma təbii suyu, şəfalı bulaqların suyunu  daha çox satmağa imkan verən ümumi bir ticarət hərəkəti ola bilər. Adi krant suyu da təbii, bəzən lazımınca təmizləməni çay sularıdır. Sadəcə, yağış suyu və ya yoxlanmamış hövzələrdən su içməyin, ciddi sağlamlıq problemləri ilə üzləşə bilərsiniz.

6. Oksigenlə zənginləşdirilmiş su bütün xəstəliklər üçün bir əlacdır. Bu suyun faydalı olduğuna dair dəlillər yoxdur. Həmin sular sadəcə, baha qiymətə satılır, ona görə də belə məsələlərdə reklamlara inanmaq düzgün deyil.

7. Mineral sular zəhərləyə bilər. Narahat olmayın, mağazadan alınan sudan zəhərlənməyəcəksiniz.

8. Cod su təhlükəlidir. Əksinə, cod suyun sağlamlıq baxımından faydaları var.

9. Suyu istədiyiniz miqdarda içə bilərsiniz. Hər şeydə ölçünü bilmək lazımdır. Həddindən artıq maye onun bədəndə saxlanmasına səbəb ola bilər.

10. Gündə 8 stəkan su içmək lazımdır. Əslində, belə deyil, mayeyə olan gündəlik tələbat tamamilə fərdidir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR