XƏBƏR

Altı barmaqlı uşaq ATU-da əməliyyat olunub

date 24 Aprel 2019

Altı barmaqlı uşaq ATU-da əməliyyat olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əlində əlavə barmaq olan uşaq əməliyyat olunub. ATU-nun mətbuat xidmətindən e-tibb.az-a verilən məlumata görə, əməliyyatı aparan uşaq cərrahı Vüqar Məhəmmədovun sözlərinə görə, 6 aylıq körpə polidaktiliya xəstəliyindən əziyyət çəkirmiş: “Polidaktiliya əlavə barmaqların olması xəstəliyidir. Bu uşaqda da baş barmaq tərəfdən sümük formalı polidaktiliya müşahidə olunurdu. Xəstədə əlavə barmağın çıxarılması üçün cərrahiyyə əməliyyatı aparıldı. Ümumi anesteziya altında yarım saata icra olunan əməliyyat zamanı funksiya göstərməyən barmaq xaric edilib”.

Cərrah V. Məhəmmədovun sözlərinə görə, polidaktiliya nadir xəstəlik deyil. Son vaxtlar bu tip diaqnozlara mütəmadi olaraq rast gəlinir. Bu problem ana bətnində keçirilmiş virus xəstəlikləri, inkişaf anomaliyaları ilə əlaqədardır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR