XƏBƏR

Ürək cərrahları əməliyyatda 3D eynəkdən istifadə edir

date 24 Aprel 2019

Ürək cərrahları əməliyyatda 3D eynəkdən istifadə edir

Polşada kardiocərrahlar əməliyyatların dəqiqliyini yüksəltmək üçün üçölçülü texnologiyalara müraciət ediblər. Onlar pasiyenti onun döş qəfəsində gedən prosesləri üç ölçüdə görməyə imkan verən xüsusi eynək taxaraq əməliyyat ediblər. Artıq əməliyyat zamanı insanın bədəni haqqında informasiyanı toplayan sistemlər cərrahlara məlumdur, lakin onlar məlumatları adi monitorda ikiölçülü təsvirlər şəklində təqdim edirlər. Belə təsvirlər tələb edilən informasiyanı vermir.

ict.az-ın xəbərinə görə, hər şeyi üçölçülü mühitdə görmək cərraha əməliyyatın gedişatında daha sərbəst manevr etməyə imkan verir. Söhbət ultrasəslə skanetmə zamanı əldə olunmuş informasiyanın real vaxt rejimində ötürülməsindən gedir. Bu məlumatlar dərhal holoqrafik ekrana malik olan qarışıq reallıq eynəyinə ötürülür. 3D-eynək bir pasiyentin mitral qapaq genişləndirilməsi əməliyyatı zamanı sınaqdan keçirilib.

Polşalı mütəxəssislərin sözlərinə görə, üçölçülü holoqrafik ekranlar əməliyyat zamanı dinamik idarəetməni təmin edərək, həkimlərə faydalı informasiyadan istifadə etməyə və real vaxt rejimində işə yanaşmanı dəyişdirməyə imkan verəcək. Kompüter texnologiyalarının və real vaxtda vizuallaşdırmanın sintezi əməliyyatların müvəffəqiyyətini yüksəltməyi vəd edir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR