XƏBƏR

Uşaqlarda qəbizliyin səbəbi bunlar ola bilər

date 25 Aprel 2019

Uşaqlarda qəbizliyin səbəbi bunlar ola bilər

Uşaqlar arasında qəbizlik ən çox rast gəlinən problemlərdən sayılır. Bəzən uzun illər bunun səbəbi tapılmır və görülən tədbirlərin heç bir nəticəsi olmur.  

E-tibb.az uşaq cərrahı və uroloqu, uzman həkim Agil Abilovun uşaqlarda xroniki qəbizliyin səbəbləri barədə fikirlərini təqdim edir.

Həkim bildirib ki, uşaqlarda səbəbi bəlli olmayan (idiopatik) qəbizliklərə də rast gəlinir.

Bundan başqa, qəbizlik anatomik patologiyalara bağlı olaraq yaranır. Yəni buna anal fistul, xaricə doğru yerləşmiş anus, anal atreziya (anusun olmaması) və ya anal stenoz (anus darlığı) səbəb ola bilər.

Sinir sistemi ilə bağlı (nevrogenik) xəstəliklər də qəbizlik yaradır. Buraya anadangəlmə onurğa xəstəlikləri, onurğa şişləri, beyin iflici, mental gerilik, hirschsprung xəstəliyi, bağırsaq sisteminin sinir inkişaf xəstəlikləri aid olunur.

Hormonal və metabolik xəstəliklər də uşaqlarda qəbizlik səbəbi ola bilər. Yəni qalxanabənzər vəzinin normadan az və ya çox işləməsi (hipo-hipertirodizm), bəzi böyrək xəstəlikləri, qanda kalsium və ya potasium səviyyəsinin aşağı olması qəbizlik yarada bilir.

Bundan başqa, uşaqların qəbul etdiyi dərmanlarla bağlı da qəbizliklər yaranır. Məsələn,  epilepsiya dərmanları, antidepressant dərmanların və s. qəbizlik yaratması mümkündür.

Eyni zamanda uşaqlar arasında da geniş rast gəlinən sistem xəstəlikləri, həmçinin şəkərli diabetin qəbizlik səbəbi olduğu bildirilir.

E-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR