XƏBƏR

Zeytun yağı bu xəstəliklərdən də qoruyur

date 4 Dekabr 2019

Zeytun yağı bu xəstəliklərdən də qoruyur

Alimlər zeytun yağı ilə bağlı yeni araşdırma aparıblar.

e-tibb.az xəbər verir ki, ABŞ-dan olan alimlər bu məhsulun insan orqanizminə təsirini öyrənərək belə qənaətə gəliblər ki, beyini həm Alzheimer xəstəliyinin (yaddaş və intellektual qabiliyyətlərin pozulması), həm də demensiyanın (ağılın zəifləməsi) inkişafından qorumaq üçün zeytun yağı qəbul etmək lazımdır.

Tədqiqatçılar bildiriblər ki, zeytun yağından hər gün bir az istifadə etməklə Alzheimer xəstəliyindən və demensiyadan qorunmaq olar.

Məlum oldu ki, soyuq sıxma yolu ilə (təmizlənməmiş) istehsal olunan zeytun yağını az miqdarda yeməyə əlavə etmək  kifayətdir ki, onda olan antioksidantlar və başqa faydalı maddələr, beyinin sağlamlığına müsbət təsir etsin.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR