XƏBƏR

​​​​​​​Yuxusuzluqdan yaxa qurtarmağın yolları

date 31 Yanvar 2019

​​​​​​​Yuxusuzluqdan yaxa qurtarmağın yolları

Yuxusuzluq insan orqanizmi üçün ən xoşagəlməz, bəzən isə təhlükə yarada biləcək hallardan sayılır. Bəs bu bəladan necə qurtulmaq olar?

1. Səbəb

Öncə həyat tərzinizi analiz edin. Yəqin ki, hansısa problemi heç cür həll edə bilmirsiniz, bu sizi həyəcanlandırır, yatağa uzananda bunu beyninizdə ora-bura çevirir, sakitləşə bilmirsiniz, hətta stress həddinə çatırsınız. Xarici amilləri özünüzdən uzaq tutmağa çalışın, bəzi hallarda bunun köməyi olur.

2. Rejim

Gündəlik qrafikinizi normaya salın. Eyni vaxtda yatağa girib, eyni vaxtda oyanmaq qaydasına əməl edin. Belə olan halda orqanizm rejimə alışır və öz-özünə "daxili zəngli saatı" qurur.

Axşam yeməyin. Yatmazdan iki saat əvvəl maksimum bir stəkan qatıq, ya da süd içmək olar. Çünki mədədəki ağırlıq yaxşı yuxuya mane olur.

3. Otlar

Çobanyastığı dəmləməsi, nanə çayı, şüyüd suyu və melissa (ballı nanə, limonotu, oğul otu da deyilir) əsəb sistemini sakitləşdirir. Lakin hər ehtimala qarşı həkimlə məsləhətləşin.

4. Aromaterapia

Sübut olunub ki, efir yağı əsəbləri sakitləşdirir. Efir yağını, sadəcə, iyləmək, habelə gicgaha sürtmək, onunla vanna qəbul etmək və masaj etdirmək olar. Bunun üçün lavanda, çobanyastığı, cirə, pişikotu və çəhrayı ağacdan hazırlanmış efir yağları məsləhət görülür.

5. İdman

Hər şey çox sadədir: nə qədər çox yorulsanız, o qədər tez yuxuya gedəcəksiniz. Orqanizmə dincəlmək lazımdır. 

6. Çarpayı

Yataqda yeməyi, kitab oxumağı və kinoya baxmağı yığışdırın. Çarpayı ancaq yatmaq və seks üçündür. Bu sadə həqiqəti bilməyin çox köməyi var - siz şüuraltı özünüzə təlqin edirsiniz ki, yatağa uzanan kimi yuxuya getməlisiniz. Gündüz yatmayın, bununla rejimi pozmuş olacaqsınız. Yuxuya tələbat gecəyə kimi toplanmalıdır. Əgər dözə bilmirsinizsə, maksimum 15 dəqiqə gözünüzün acısını alın. Siz dərin yuxuya getməyəcəksiniz, amma beyin 15 dəqiqəlik "yalançı yuxu" ilə dincəlmiş olacaq.

7. Gəzin

Təmiz havada gəzinti yuxusuzluqla mübarizədə çox kömək edir. Həkimlər havayı yerə axşamlar təmiz havada 30 dəqiqə asta addımlarla gəzməyi məsləhət görmürlər.

8. Həkim

Əgər bu məsləhətlərin köməyi olmadısa, özünü müalicə ilə məşğul olmayın, özbaşına heç bir dərman içməyin. Həkimə müraciət edin!

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR