BLOQ

Yuxuda olarkən nəfəs çatışmazlığı nədən yaranır?

date 16 Avqust 2019

Yuxuda olarkən nəfəs çatışmazlığı nədən yaranır?

"Yuxuda olarkən nəfəsim kəsilir, səhər oyandıqda isə başım ağrıyır. Nə ilə əlaqədardır?"

Belə sualları tez-tez eşidirik. Bu, apnoe sindromudur. 

Obstruktiv Yuxu Apnoe Sindromu xroniki xoruldayan insanlarda müşahidə edilir. Səbəb tənəffüs yollarının udlaq səviyyəsində periodik bağlanmasıdır. Xəstəliyin əsas simptomu yuxuda vaxtaşırı tənəffüsün 30-40 saniyə ərzində tamamilə kəsilməsidir. Bir gecə ərzində bəzi pasientlərdə ümumi müddəti 3-4 saat, sayı 400-500-ə qədər tənəffüsün dayanması epizodları qeydə alınır. Təhlükəni aradan qaldırmaq və tənəffüs yollarını açmaq üçün orqanizm bütün imkanları səfərbər edərək və simpato-adrenal sistemini aktivləşdirərək vəziyyətdən çıxır. Ancaq SAS-nın aktivləşməsi ürək vurğularının sayını, arterial təzyiqi və qanın laxtalanmasını artırır. 

Bununla yanaşı, pasientlərin 60-70%-də yuxu zamanı oksigenin xroniki defisiti yaranır. Nəticədə, belə xəstələrdə miokard infarktının, beyin insultunun, ürək aritmiyalarının riski, hətta qəfil ölüm ehtimalı xeyli yüksəlir. 

Beynəlxalq tədqiqatlardan məlumdur ki, Yuxu Apnoe sindromunun ağır forması olan pasietlərdə ürək-damar xəstəlikləri ilə bağlı ölüm 8-10 dəfə artır. Yuxu Apnoe Sindromunun orta və ağır dərəcəli formalarının ən effektiv müalicə metodu CPAP-terapiyadır - gecə yuxusu zamanı daimi müsbət təzyiqlə ağ ciyərlərin yardımçı ventilya üsulu. Xəstədə elə birinci gecə xorultu və tənəffüsün dayanma halları aradan qalxır, qanın oksigenlə təminatı normallaşır, yuxunun keyfiyyəti inanılmaz dərəcədə yaxşılaşır. Maksimal effektin alınması üçün müalicə mütəmadi olaraq ev şəraitində davam etdirilməlidir. Aşağıda göstərilən tədbirlərlə xorultunu azaltmaq mümkündür: 

• Bədən çəkinizi azaltmağa çalışın;

• Yuxuya getməzdən 2 saat əvvəl spirtli içki qəbul etməyin, siqaret çəkməyin;

• Yuxuya getməzdən 3-4 saat əvvəl qida qəbul etməyin;

• Yataq otağında hipoallergen mühit yaradın: gülləri və xalçaları yığışdırın, evdə heyvan saxlamayın, müasir təbii və ya sintetik materiallardan hazırlanmış yastıq və yorğandan istifadə edin.
 
Nevroloq Qalib Əsədov

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR