XƏBƏR

Yüngül yanıqlar zamanı nə etmək lazımdır?

date 26 Dekabr 2019

Yüngül yanıqlar zamanı nə etmək lazımdır?

Yanıq xəsarətləri hər kəsin qarşılaşa biləcəyi haldır. Ağır hallarda təbii ki, mütəxəssislərə müraciət olunmalıdır. Amma yüngül yanıqlar zamanı nə etmək lazım olduğunu hər kəs bilməlidir.

e-tibb.az dermatoloq, uzman həkim Lalə Mehdinin ilk yardım qaydaları ilə bağlı tövsiyələrini təqdim edir.

Həkim qeyd edib ki, məişətdə tez-tez rastladığımız bir problem-
yüngül yanıq zamanı ilk yardımı hər kəs bilmədilir.
Dermatoloq, yüngül yanıqlar deyəndə dəridə qızartının yaranması ilə ortaya çıxan 1-ci dərəcəli yanıqların, 5 santimetrdən böyük olmayan 2-ci dərəcəli yanıqların nəzərdə tutulduğunu deyib.

Belə yanlqlar zamanı yanan nahiyə otaq temperaturunda, axar suyun altında yanma hissi azalana qədər tutulmalıdır. Əgər yanan nahiyədə qabarcıqlar yaranıbsa,  onları deşmək olmaz. Yox, qabarcıq çox gərgindirsə, çox narahatlıq yaradırsa, steril iynə ilə deşmək olar. Amma bu zaman dərinin ayrılmış hissəsini qoparmaq olmaz. Çünki yara dərinin altında tez sağalır və dərini infeksiyadan qoruyur.  

Həkim vurğulayıb ki, yüngül yanıqlar üzdə, əllərdə, genital bölgədədirsə və yanan şəxs uşaqdırsa, mütləq həkimə müraciət olunmaldır.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR