XƏBƏR

Gündə 4 fincan kofe nəyə səbəb olur?

date 27 Dekabr 2019

Gündə 4 fincan kofe nəyə səbəb olur?

Son illərdə aparılan araşdırmalar qəhvənin bir çox faydalarının olduğunu sübut edib. 

İndi isə ABŞ-dan olan alimlər kofenin artıq çəki ilə mübarizə aparmaq gücünə malik olduğunu açıqlayıblar.

e-tibb.az xəbər verir ki, bununla bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, gündə 4 fincan qəhvə içməklə bədəndə həddən artıq yağ yaranması və yağ hüceyrələrinin  toplanmasının qarşısını almaq olur.

Onlar hesab edir ki, gündə 4 fincan qəhvə bədəndə artıq piylərin toplanmasına mane olur.

Araşdırma haqda "The Journal of Function Foods"da dərc olunan məqalədə bildirilir ki, bu, siçanlar üzərində sınaqdan keçirilib. Siçanlara 4 fincan qəhvənin tərkibində olanla miqdarda kofein verilib. Və eyni zamanda siçanlar dörd həftə ərzində yağ və şəkər dəyəri yüksək olan karbohidratlı qidalarla qidalandırılıb. Sonda kofein verilən siçanların verilməyənlərdən 16 faiz az çəki artırdığı, bədənlərində 22 faiz az yağ yığıldığı məlum olub.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR