XƏBƏR

Yumurta ürək-damar, şəkər xəstəliklərinə necə təsir edir?

date 29 Yanvar 2020

Yumurta ürək-damar, şəkər xəstəliklərinə necə təsir edir?

Kanadadan olan alimlər yumurtanın sağlamlığa təsiri, daha doğrusu ürək-damar problemləri olanlara mənfi təsirinin olub-olmaması ilə bağlı araşdırma aparıblar.  

Onlar belə qənaətə gəliblər ki, gündə bir yumurta yemək ürək-damar xəstəlikləri riskini artırmır.

Kanada alimləri 50 ölkədə 146 mindən çox sağlam, 35 minə yaxın ürək-damar problemləri olan şəxsin yumurta istifadəsini izləyiblər. Alimlər bir çox insanların gündə bir və daha az yumurta yediklərini aşklarlayıblar. Sonda belə nəticə hasil olub ki, hətta ürək-damar, şəkər xəstəliyi olanlarda belə, gündə bir yumurta yeyilməsi xəstəlik və ya ölüm riskini artırmır. Yumurta yeməklə qanda xolesterin səviyyəsi qalxmır, başqa risk faktorları yaranmır.

Alimlər bildiriblər ki, bu, həm sağlam, həm də ürək-damar xəstəliyi olanlara aiddir.

Qeyd edək ki, bir qədər əvvəl “Focus” jurnalında elmi araşdırmadan bəhs edən yazıda da bu mövzuya aydınlıq gətirilmişdi. “Gündə neçə yumurta yeyilsə, xolseterol səviyyəsi qalxmaz”, sualına cavab olaraq həkimlər, yumurta ilə ürək-damar xəstəliklərinin inkişafı arasında hər hansı əlaqənin müəyyən edilmədiyini açıqlayıblar.

e-tibb.az

https://e-tibb.az/xeber/her-gun-yumurta-yemek-xesteliye-sebeb-olur-1398

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR