XƏBƏR

Yeni virus ağciyər xərçəngi yarada bilər?-Onkoloq-cərrahdan AÇIQLAMA-VİDEO

date 17 Aprel 2020

Yeni virus ağciyər xərçəngi yarada bilər?-Onkoloq-cərrahdan AÇIQLAMA-VİDEO

Onkoloji xəstələr də digər insanlar kimi pandemiya dövründə ehtiyatlı olmal, gigiyena qaydalarına əməl etməlidirlər. Onkoloji xəstələrin xüsusi olaraq edəcəkləri qoruyucu tədbilər yoxdur. Sadəcə olaraq, həm xəstəliyin özü ilə bağlı, həm də aparılan müalicələrlə əlaqədar olaraq onkoloji xəstələrdə immunitet aşağı düşür.

e-tibb.az xəbər verir ki, bunu onkoloq-cərrah, tibb elmləri doktoru, Tibb Universitetinin Onkologiya Klinakasının Torokoabdominal şöbəsinin rəhbəri Ramiz Bayramov APA TV-nin “Öncə sağlıq” proqramında deyib. 

Onun sözlərinə görə, xərçəngdən əziyyət çəkən, bununla bağlı əməliyyat olunmuş, müalicə olunan şəxslər kontaktda olduqları halda virusa yoluxma riski daha yüksəkdir: "Koronavirus pandemiyası dövrü olmayanda belə, onlara hər zaman tövsiyə olunur ki, ehtiyatlı olsunlar, qripə yoluxmasınlar".

Bəs koronavirus bədxassəli şişlərin, məsələn, daha çox zədələdiyi ağciyərdə onkoloji problemlərin inkişafına səbəb ola bilərmi? Bu barədə danışan mütəxəssis deyib ki, hər hansı virusla onkoloji xəstəlik arasında əlaqənin olub-olmadığını bilmək üçün on illər lazımdır: “Amma ümumiyyətlə, viruslar şişlərin yaranmasına səbəb olur. Dünyada il ərzində 19 milyona yaxın bədxassəli şiş hadisəsi qeydə alınır, bunların 12-13 faizi, yəni 2 milyondan çoxu bir sıra virusların hesabınadır. Koronavirus haqda isə bu barədə fikir söyləmək çox tezdir”.

Həkim, onkoloji xəstələrə mümkün qədər izolyasiya tədbirlərinə əməl etməyi tövsiyə edib.

Onkoloq-cərrahın bütün fikirləri ilə ətrfalı videoada tanış ola bilərsiniz:

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR