XƏBƏR

Yeni doğulanlarda topuq analizi niyə aparılır?

date 22 May 2019

Yeni doğulanlarda topuq analizi niyə aparılır?

Yeni doğulan uşaqlarda bir sıra müayinələrin aparılması zəruri sayılır. Tövsiyə olunan müayinələrdən biri də topuq analizidir. Son illər Azərbaycanda da tətbiq olunan bu test nədir? Həmin analiz nəyi aşkara çıxarır?

e-tibb.az bununla bağlı Pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun fikirlərini təqdim edir:

Topuq testi analizi yeni doğulmuş uşaqlarda bir sıra metabolik xəstəliklərin aşkarlanması üçün edilir. Körpənin həyatının 3-7-ci günlərində reallaşdırılır. Bu analiz vasitəsilə uşaqlarda xəstəlik əlamətləri yaranmadan xəstəliyin diaqnozunu qoymaq mümkün olur. Erkən qoyulan diaqnoz isə əmələ gələ biləcək xəstəlik əlamətləri və onların fəsadlarının qarşısını alır. Çünki bəzi irsi metabolik xəstəliklərə sonradan diaqnoz qoyulduqda, yaxşı müalicə olunsa belə, fəsadlar qalır. Ona görə bu xəstəlikləri öncədən bilmək onun fəsadlarının yaranmasının qarşısını alır.

Bu analiz vasitəsilə müəyyən olunan xəstəliklərdən biri də hipotiroidizimdir. Bu xəstəliyə erkən diaqnoz qoyularsa, 1 dərmanla müalicə olunur. Ancaq gec aşkarlanarsa, bərpa olunmayan zəka və boy problemləri yaranır. Yəni erkən diaqnoz xəstəliklərin simptomları və ağırlaşmaları yaranmadan onun qarşısını almaq və müalicə etmək üçün çox önəmlidir. Çünki sonradan qarşısını almaq olmur.

Topuq analizi "Tarama testi" bütün dünyada "chek-up" olaraq edilir. Hər bir ölkədə fərqli olur. Bizim ölkəmizdə hazırda məcburi deyil. Ancaq edilməsi məsləhətdir. Bahalı analizdir, amma edilməsi tövsiyə olunur.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR