XƏBƏR

Bu kistalara ən çox uşaq, yeniyetmə və gənclərdə rast gəlinir

date 22 May 2019

Bu kistalara ən çox uşaq, yeniyetmə və gənclərdə rast gəlinir

 

Digər orqanlarda olduğu kimi sümüklərdə də kistalar yaranır. Sümük kistaları nədən yaranır? Onlar nə dərəcədə təhlükəlidir?

Ortoped-travmatoloq, uzman həkim Vüsal Mahmudovun sözlərinə görə, sümük kistaları daxilində maye olan xoşxassəli törəmələrdir. Əsasən 20 yasa qədər uşaq, yeniyetmə və gənclərdə rast gəlinir. Bu kistaların 95%-i bazu və bud sümüklərində, 5%-i isə digər sümüklərdə olur. Sümük kistalarının əmələ gəlməsinin səbəbi tam aydınlaşdırılmayıb.

Sümük kistaları çox vaxt ağrı vermir, bəzi hallarda başqa səbəblə çəkilən rentgen müayinəsi zamanı təsadüfən ortaya çıxar. Sümük kistalarının müalicəsinin məqsədi kistaların sağalması, təkrar əmələ gəlməsinin profilaktikası yolu ilə patoloji sınığın qarşısının alınmasıdır.

Sümük kistalarının konservativ və cərrahi müalicəsi xəstənin vəziyyətinə görə individual seçilir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR