XƏBƏR

Yeni doğulan körpənin qarnından nəhəng kista çıxarılıb

date 29 Dekabr 2020

Yeni doğulan körpənin qarnından nəhəng kista çıxarılıb

Bakıda 25 günlük uşağın qarnında nəhəng ölçülü kista aşkarlanıb. 3 kiloqram çəkisi olan qızın yumurtalığından nəhəng ölçülü kista çıxarılıb.

e-tibb.az xəbər verir ki, bu barədə uşaq cərrahiyyəsi və urologiyası uzmanı, Mərkəzi Klinikanın həkimi Fuad Hüseynov məlumat açıqlayıb. Onun sözlərinə görə, bətndaxil dövrdə çəkilmiş USM zamanı qarın boşluğunda böyük ölçülü törəmə (şiş) görünüb: “Körpənin valideynləri təşvişlə bizə müraciət etdi. Aparılan müayinələr nəticəsində məlum oldu ki, körpənin sol yumurtalığında təqribən 10 santimetr ölçüdə kista mövcuddur. Gözləmək təhlükəli idi, çünki nəhəng ölçülü kista uşağın yumurtalığını buraraq yumurtalığını itirməsinə səbəb ola bilərdi. Uşağın yaşını, anesteziya risklərini, kistanın böyüklüyünü, həm də ailənin istəyini nəzərə alaraq açıq cərrahiyyə əməliyyatına qərarı verildi”.

Həkim bildirib ki, əməliyyat zamanı kistanın içərisindən təqribən 100-150 ml maye boşaldılıb, yumurtalıq qorunaraq kista çıxarılıb.

Körpə evə yazılıb, vəziyyəti normaldır.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR