XƏBƏR

Gözlənilən maqnit qasırğasından necə qorunmaq olar?

date 29 Dekabr 2020

Gözlənilən maqnit qasırğasından necə qorunmaq olar?

Dekabrın 30-31-də güclü maqnit qasırğalarının olacağı gözlənilir.

Xarici internet saytlarında alimlərə istinadla belə məlumatlar yayılıb. İlin son günlərində meteohəssas  insanlar səhhətlərində problemlərlə qarşılaşa bilər - Yerin maqnit sahəsindəki fırtına səbəbindən bütün xroniki xəstəliklər ağırlaşması mümkündür.
Geomaqnit qasırğası güc baxımından G3 olaraq təsnif edilirlər. Ən şiddətli fırtınalar isə G5-dir. Bu geomaqnit partlayışının təsirinin 1 yanvarda da hiss ediləcəyi gözlənilir.
Mütəxəssislər bu günlərdə kifayət qədər yatmağı, düzgün qidalanmağı, ağır qidalar, alkoqol qəbul etməməyi məsləhət görür.
Yatmazdan əvvəl yuxusuzluqdan qorunmaq üçün kontrastlı duş, xroniki xəstəlik varsa, dərman qəbul etmək lazımdır.
Meteohəssas insanlar baş ağrısı, təzyiq artımı, yuxusuzluq, oynaq ağrısı, yuxululuq, yorğunluqla qarşılaşa bilər.

Maqnit qasirğaları zamanı insanının orqanizmi yerin elektromaqnit sahəsindəki Günəş alovlarına görə meydana gələn dəyişikliklərə reaksiya göstərir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR