XƏBƏR

Yemişin inanılmaz faydaları

date 24 İyun 2019

Yemişin inanılmaz faydaları

Yemiş yay aylarının vaz keçilməzlərindən sayılır. Bu bostan bitkisinin insan orqanizminə bir çox faydaları var. Ümumi cərrah, proktoloq Türkan Gündüz yemişin faydalarını belə izah edib:

A və C vitamini ilə zəngin olan bu tərəvəzin qabıqları da olduqca faydalıdır. Mütəxəssislər yemiş qabıqlarını təmizləyəndən sonra istehlak etməyi tövsiyə edirlər. Bu zaman həzm sistemi yaxşılaşır.

Yemiş, sodium, maqnezium, potasium və dəmir baxımından olduqca zəngindir.

– C vitamini baxımından zəngin olan qovun, immunitet sistemini gücləndirir;

– Təzyiq aşağı olduğu zaman qəbul edilməlidir;

– Dərini qidalandırıcı xüsusiyyəti sayəsində saç dərisindəki hüceyrələrin deformasiya olmasına mane olur və saç tökülməsinin qarşısını alır. Eyni zamanda sədəf və eqzema kimi dəri xəstəliklərinə tutulma riskini azaldır;

– qovun çəyirdəkləri qaynadılıb qəbul edildikdə böyrəkdə olan duz sidik yolu ilə bədəndən xaric olur;

– Ağciyər xəstəliklərinə səbəb olan zərərli hüceyrələrin sorulmasını sürətləndirir.

Yemiş və limon qarışımı da insan sağlamlığına müsbət təsir göstərir. Xüsusilə arıqlamaq üçün effektiv üsul hesab edilir. Səhər yeməyindən öncə 1 stəkan qaynadılmış yemiş suyu içmək mədənin toxluq səviyyəsini nəzarət altında saxlayır. Bundan əlavə, metobolizmi sürətləndirir. Dərinin təzə görünməsini təmin edir. Dəriyə qulluq üçün də faydalı olan yemiş, əzilib soyuq südə qatıldıqdan sonra üzə çəkildikdə dərini nəmləndirir. Xüsusilə quru dərilərə çox faydalıdır.

Yemiş və limon qarışımının faydası

Yay aylarında qarpızdan sonra ən çox qəbul edilən yemişi limonla qarışdırılıb blenderdən keçirildikdə güclü antioksidant təsiri yaradır. Xüsusilə ürəyində problem olan, infarkt keçirən şəxslər hər səhər mütəmadi olaraq bir qədər yemiş və limon qarışımı yeyə bilər. Bundan əlavə, həmin qarışım xərçəng xəstəliyinin yaranma riskini də azaldır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR