XƏBƏR

Yayda uşaqlarda baş ağrısı, hərarət, halsızlıq varsa...- Pediatrdan XƏBƏRDARLIQ  

date 24 İyun 2019

Yayda uşaqlarda baş ağrısı, hərarət, halsızlıq varsa...- Pediatrdan XƏBƏRDARLIQ  

Günün ən isti saatlarında (saat 11-17 arası) uşağı günün altına çıxarmayın. Bu saatlarda çölə çıxmaq məcburiyyəti olsa, mütləq uşağın başına qoruyucu papaq qoyun və ya çətir tutun. e-tibb.az-ın xəbərinə görə, bunu pediatr Günay Rəsulova açıqlayıb.

Pediatr uşaqlara gün ərzində bol su verməyi tövsiyə edib:

Ayran da ola bilər. Çay yox. Uşaqlara ümumiyyətlə, çay verməməyə çalışın. Şirin çay heç verməyin. Gündə 2 dəfə günün isti saatlarında çimizdirin. Çox tərləyən uşaqların bədənini, büküşlərini əlavə olaraq ilıq su ilə silin.

Yüngül qidalandırın. Yüksək kalorili, şəkərli, un məmulatları əvəzinə, bol vitaminli asan həzm olunan yeməklər verməyə çalışın. İstidə yemək istəməyən uşağı məcbur etməyin. Əvəzinə bol maye verin. Sərin, dəri tənəffüsünə mane olmayacaq boş geyimlər geyindirin.

İsti havalarda rastlaşa biləcəyiniz problemlərdən, istilik vurma, gün vurma qorunmaq üçün bu qaydalara riayət etməlisiniz.

Günvurma, istilik vurma əlamətləri - qusma, baş ağrısı, hərarətin yüksəlməsi, halsızlıq, süstləşmə, iştahasızlıq varsa, uşağı duşa tutmaq, sərin yerə aparmaq və simptomlara görə, tədbir görmək lazımdır. Məsələn, qızdırma varsa, qızdırmanı salmaq, sonra təcili yardım çağırmaq lazımdır.

İstidən qorunmaq üçün kondisionerdən də düzgün istifadə etməyə çalışın. Temperatur 22-25-dən aşağı olmamalı, kondisioner havası birbaşa uşağın üstünə vurmamalıdır.

Yaxşı olar ki, kondisioner uşaqlar olan yox, qonşu otaqda yansın.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR