XƏBƏR

Yeddi həkimi əvəz edən şəfalı bitkinin MÖCÜZƏVİ FAYDALARI

date 27 Fevral 2019

Yeddi həkimi əvəz edən şəfalı bitkinin MÖCÜZƏVİ FAYDALARI

Gicitkən hələ qədim zamanlardan müalicəvi xüsuyyətlərinə görə insanlar arasında tanınır. Ondan bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Hətta slavyanların belə bir ifadəsi var: “Bir gicitkən yeddi həkimi əvəz edir”. Bəs gicitkəndən hansı xəstəliklər zamanı istifadə etmək olar? E-tibb.az gicitkənin möcüzəvi faydalarını sadalayır.

Gicitkən yarpaqlarının ödqovucu, iltihab əleyhinə, damardaraldıcı xüsusiyyətləri var. Qanda şəkərin miqdarını azaldır, südverən analarda süd ifrazatını artırır. Yarpaqların dəmləməsi bağırsaq, böyrək, ağciyər, uşaqlıq və digər qanaxmalarda, həmçinin yuxusuzluq zamanı tətbiq edilir. Gicitkəndən saçların dibini bərkitmək üçün istifadə olunur. Təzə gicitkəni ət maşınından keçirin, tökülmüş saçların yerinə qoyun, yeni tük gətirəcək, olan saçlarınızı qalınlaşdıracaq. 

Ağrıkəsici təsirə sahibdir

Bəzi araşdırmalar gicitkənin revmatizmlə əlaqədar ağrını azaltmağa kömək etdiyini sübut edib.

Sümükləri inkişaf etdirir

Gicitkən yaxşı bir kalsium qaynağıdır. Gicitkən otunun çayını hazırlaya bilərsiniz və ya şorbalara dad verməsi üçün təzə gicitkən yarpaqları ata bilərsiniz.

Allergiyanın çarəsidir

Gicitkən min illərdir allergiya müalicəsində istifadə olunur. Elm adamlarının araşdırmasına əsasən, gicitkən allergiya səbəbindən yaranan iltihabı azaldır.

Diabet müalicəsi

Aparılan araşdırmalara əsasən, gicitkən diabetə bağlı simptomları azaltmağa kömək edir.

Digər faydaları:

- Yüksək qan şəkərini aşağı salır. Həddindən çox susamanı azaldır, çəkini balanslaşdırır, insulin səviyyəsini tənzimləyir, nevropatiya ağrısını azaldır, hətta yaddaşa da faydası var.

- Dəmir çatışmazlığı olan şəxslərə məsləhətdir. Anemiya müalicəsi alan şəxslər əlavə vasitə olaraq istifadə edə bilər.

- Menstruasiya dövründə rast gəlinən gərginliyi, qasıq ağrısını azaldır.

- Xərçəng xəstəliyinin qarşısını alır.

- Təzyiq və xolesterol problemi olan şəxslərə gündə bir fincan gicitkən çayı tövsiyə olunur.

- Bədəndəki şişi aradan qaldırır.

- Həzm sisteminə fayda verir, bir çox orqanı təmizləyir.

- Artrit simptomlarını yüngülləşdirir, infeksiyalara qarşı müqavimət qazandırır

- Cinsi zəiflik yaşayan şəxslərə kömək edir.

- Böyrəkləri təmizləyir və qaraciyərin yenilənməsini təmin edir.

- Soyuqdəyməyə qarşı olduqca təsirlidir

- İmmunitet sistemini qüvvətləndirir.

- Öskürəyi olan şəxslərə tez-tez gicitkən çayı içmək tövsiyə edilir.

- Qəbizliyi aradan qaldırır.

- Gicitkən kökləri prostat vəzin adenomasında (şişlərində) çay kimi dəmlənilib içilir.

Gicitkən çayı necə hazırlanır:

Bir çay qaşığı nazik doğranmış gicitkən yarpağını bir stəkan qaynar su ilə dəmləyin. 5-10 dəqiqə dəmlədikdən sonra süzün. Gündə 2-4 stəkan yeni dəmlənmiş çay ac qarına və ya yemək aralarında dadlandırılmadan içilməlidir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR