BLOQ

Yayda uşaqlarla bağlı ən çox verilən suallar...

date 31 İyul 2019

Yayda uşaqlarla bağlı ən çox verilən suallar...

İsti yay günlərində anaları uşaqlarla bağlı narahat edən suallara cavablar.

Uşağım niyə sidiyə az çıxır? Səhərdən axşama kimi bir-iki dəfə sidiyə çıxıb.

Cavab: Çox isti yay günlərində bu hal normaldır. Tər vasitəsilə maye itirdiyinə görə sidiklə çıxmağa bir şey qalmır.

Uşağım çox tərləyir, yeri də su olur. Nə edim?

Cavab: İstidə tərləmə olmalıdır, olması yaxşıdır, amma uşağı tərli vəziyyətdə soyuq yerə keçirmək olmaz. İsti yerdə tərinin quruması soyuqlamaya səbəb olmaz.

Uşağım dəhşət səpib, tikan kimi...

Cavab: Əgər güclü qaşınma, suluqlar, köpəşmə yoxdursa, bu, istidəndir. Tər duzuna qarşı allergiyadır. Bu cür səpki əvvəl tək-tək sonra birləşməyə meylli olur. Bədənin çox, hissəsini alır. İlk olaraq büküşlərdən başlayır. Artdığında “antihistamin” verin, dəniz duzu ilə yuyundurun.

Uşağım son günlər ancaq süd əmir, su içir, yemək yemir.

Cavab: İstilərdə iştahasızlıq normaldır, istivurma nəticəsində halsızlıq, ürəkbulanma, hətta qusma ola bilər.

Uşağımda halsızlıq var...

Cavab: Tərlə itirilən duzlar çox vacibdir. Onlar hətta əhvalımızı belə idarə edir. İtirilən mineralları bərpa etmək üçün bol meyvə tərəvəz ,kompotlar, soyuq bitki çayları içmık lazımdır.

Uşağımda qəbizlik yaranıb...

Cavab: İsti günlərdə itirdiyi maye və minerallara görə qəbizlik də yarana bilər. Bol maye, meyvə tərəvəzi unutmayın.

Aytən İsmayılzadə - Həkim-pediatr

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR