XƏBƏR

Meteohəssas insanlara XƏBƏRDARLIQ: İsti temperatur diskomfortu gözlənilir

date 31 İyul 2019

Meteohəssas insanlara XƏBƏRDARLIQ: İsti temperatur diskomfortu gözlənilir

Avqustun 1-2-də Abşeron yarımadasında isti temperatur diskomfortu gözlənilir.

e-tibb.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin tibbi-meteoroloji proqnozunda bildirilir.

Məlumatda bildirilir ki, gözlənilən isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Sabah Abşeron yarımadasında havanın temperaturu gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR