XƏBƏR

Yayda uşaqların immunitetini möhkəmləndirməyin yolu - Pediatrdan TÖVSİYƏ

date 27 İyun 2019

Yayda uşaqların immunitetini möhkəmləndirməyin yolu - Pediatrdan TÖVSİYƏ

“Yay fəsli gələn kimi ilk fürsətdə uşaqları kənd mühitinə aparın. Onlara kənd atmosferi həddindən artıq lazımdır”.

Bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Həkim deyib ki, uşaqların immun sisteminin möhkəmlənməsində nəinki kənd havasının və qidalarının, hətta tozunun, torpağının da böyük rolu var: “Kəndin havası, heyvanlarla münasibət körpələrdə immun sistemini yüksək şəkildə aktivləşdirir. Bu müddətdə güclənmiş immun sistem payız və qışın xəstəliklərinə qarşı qüvvə toplamış olur. Bunu elmi araşdırmalar da təsdiqləyir”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR