BLOQ

Hamiləlikdə nələr qadağandır?

date 27 İyun 2019

Hamiləlikdə nələr qadağandır?

Sağlam hamilə qadın aktiv olmalıdır.

Həkimlər hamiləlik zamanı qadınlara özünü həddindən artıq qorumağı, bütün gün ərzində uzanmağı, pəhriz saxlamağı və s. tövsiyə etmirlər. Əksinə, sağlam hamilə qadın aktiv olmalı, havada gəzməli, yüngül fiziki hərəkətlər etməlidir və s. Yəni adi həyat sürməlidir.

Bəs hamiləlikdə nələrə yol vermək olmaz?

 1. Spirtli içkilər və siqaret qəti şəkildə qadağandır!

2. Qəhvə içmək olmaz! Qəhvə ürək-damar sistemini yükləyir ki, bu da hamiləlik zamanı təhlükəlidir.

3. Həkimin təyini olmadan hər hansı dərman içmək qadağandır!

4. Müalicəvi bitkilərdən istifadə etməyin!

Bəzi müalicəvi bitkilərin (məsələn, adaçayı, kəklikotu, kalendula, jenşen və s.) qəbulu hamiləlik zaman döl salmaya səbəb ola bilər.

5. Ağır şeylər qaldırmaq və daşımaq qadağandır!

Hamiləlik zamanı 2 kiloqramdan artıq yük qaldırmaq olmaz. Ağır əşyaların qaldırılması döl salmaya səbəb ola bilər və həmçinin gələcək ananın onurğa sütunu üçün çox ziyanlıdır.

6. Rentgen müayinəsindən keçmək olmaz!

7. Ağır və ya xroniki stresslərə məruz qalmayın!

Stress həyatımızın ayrılmaz hissəsidir. Qısamüddətli, ağır olmayan stresslər hamilə qadına ziyan vurmaz. Lakin ağır və ya xroniki stresslər hamiləlik zamanı yolverilməzdir.

 

Yeganə Əliyeva - Cərrah-mama-ginekoloq

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR